Azərbaycanda yeni qurum yaradıldı

Azərbaycanda yeni qurum yaradıldı
Siyasət 11653
 

Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə-smeta sənədlərinin verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması ilə bağlı işlərin həyata keçirilməsinə nəzarət etmək məqsədilə Texniki Şura yaradılıb.

 

BAKU.WS xəbər verir ki, bu, Azərbaycan Prezidenti İlham Əlyievin "Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” 4 aprel 2017-ci il tarixli fərmanında əksini tapıb.

Şuranın sədri Energetika Nazirliyinin nümayəndəsi, Şuranın üzvləri İqtisadiyyat Nazirliyi, Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi, "Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri olacaqlar.

Fərmana əsasən sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə-smeta sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması ilə bağlı müraciətlər "ASAN Kommunal” mərkəzləri ("ASAN Kommunal” mərkəzləri yaradılmayan regionlarda – bu mərkəzlər yaradılanadək "ASAN Xidmət” mərkəzləri) vasitəsilə həyata keçiriləcək. Texniki Şuranın fəaliyyəti müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə və göstərilən xidmətlərin təkmilləşdirilməsi məqsədilə innovasiyaların tətbiqi yolu ilə "ASAN Xidmət” mərkəzlərinin fəaliyyət prinsipləri və standartları əsasında təşkil ediləcək.

Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri yalnız müvafiq inzibati ərazi vahidləri üzrə "ASAN Kommunal” mərkəzlərində ("ASAN Kommunal” mərkəzləri yaradılmayan regionlarda – bu mərkəzlər yaradılanadək "ASAN Xidmət” mərkəzlərində) yaradılmış Texniki Şuranın tərkibinə daxil ediləcəklər.

"Azərişıq” Açıq Səhmdar Cəmiyyəti rayon və şəhərlər üzrə enerji təchizatı şəbəkələrinin hər bir yarımstansiya və transformator məntəqəsi, habelə onlarda olan sərbəst güclər və qoşulma imkanları haqqında məlumatların (mütəmadi yenilənməklə) bir ay müddətində Energetika Nazirliyinə verilməsini təmin etməlidir.

Energetika Nazirliyi "Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilən məlumatların üç ay müddətində öz rəsmi internet saytında yerləşdirilməsini təmin etməlidir.

Eyni zamanda fərmanda qeyd olunan dövlət orqanlarının və qurumlarının hər birindən bir nümayəndə olmaqla, on gün müddətində hər bir "ASAN Kommunal” mərkəzində ("ASAN Kommunal” mərkəzi yaradılmayan regionlarda – bu mərkəz yaradılanadək "ASAN Xidmət” mərkəzində) Texniki Şuranın formalaşdırılmasını təmin etməli və bu barədə Azərbaycan Prezidentinə məlumat verməlidir.

BAKU.WS

Oxşar xəbərlər

Prezidentdən kommunal ödənişlərlə bağlı güzəşt (SƏRƏNCAM)

Prezidentdən kommunal ödənişlərlə bağlı güzəşt (SƏRƏNCAM)

Prezident İlham Əliyev "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” fərmanda dəyişikliklər edilmə...

9880 Sosial 17:13 14 fevral 2017

Son xəbərlər