Azərbaycanda yaşı 70-dən yuxarı olan bütün kişilər amnistiya düşəcək

Azərbaycanda yaşı 70-dən yuxarı olan bütün kişilər amnistiya düşəcək
Siyasət 2308
“İndiyə qədər 63 əfv və 11 amnistiya qərarı qəbul edilib. Növbəti amnistiya üçün biz öz təkliflərimizi hazırlaya bilərik. Hesab edirəm ki, bir neçə məsələ üzrə budəfəki akt fərqli olmalıdır. Burada əhatə dairəsi geniş olmalıdır".BAKU.WS-in APA-ya istinadla məlumatına görə, bunu deputat, YAP icra katibinin müavini Siyavuş Novruzov Milli Məclisin iclasında Heydər Əliyevin 95 illiyi ilə bağlı Amnistiya aktının qəbul olunmasına dair təklifini səsləndirərkən deyib.Deputat təklif edib ki, bu Amnistiya aktı, ilk növbədə, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edənlərə şamil olunsun: "İkincisi, amnistiya yaşı 60-dan yuxarı olan qadınlara şamil oluna bilər. Həmçinin himayəsində azyaşlı uşaqları olanlar da bu aktdan bəhrələnə bilər. Amnistiya yaşı 70-dən yuxarı olan bütün kişilərə də şamil edilsin. Radikal dini cərəyanlara qoşulmayan dindar şəxslər də bu aktdan bəhrələnsinlər. Müxtəlif müxalif radikal qurumların və ayrı-arı reputasiyalı beynəlxalq təşkilatların təsirinə düşüb, bilmədən cinayət törədən gənclər var ki, onlara da şamil oluna bilər. Hesab edirəm ki, bunları nəzərə almalıyıq”.BAKU.WS

Son xəbərlər