Hacı Məmmədovun həyat yoldaşı azadlığa buraxıldı - FOTO

Hacı Məmmədovun həyat yoldaşı azadlığa buraxıldı - FOTO
Hadisə 5884
 

Hacı Məmmədovun həyat yoldaşı Nailə Quliyeva məhkumların saxlandığı 4 saylı Cəzaçəkmə Müəssisəsindən bu gün azadlığa buraxılıb.

Uzun illər Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında saxlanılan Daxili İşlər Nazirliyinin (DİN) sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun həyat yoldaşı Nailə Quliyeva amnistiya aktına düşənlər sırasında olduğu üçün azad edilib.

Amnistiya aktının şamil olunduğu qadın məhkumlardan üçü bu gün azadlığa buraxılıb. Bağışlanma aktına düşən digər məhbusların dörd ay ərzində müəssisədən azad olunması nəzərdə tutulur.

Xatırladaq ki, məhkumların azad edilməsi mərasimdə Ombudsman Elmira Süleymanova, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin idarə rəisi Mirsaleh Seyidov, "Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev də iştirak edib.

Qeyd edək ki, Nailə Quliyeva 2005-ci ilin martında MTN-in "Qara Kəmər” əməliyyatı zamanı həbs edilən DİN-in sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun həyat yoldaşıdır.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda 350 məhbus azadlığa buraxıldı

Azərbaycanda 350 məhbus azadlığa buraxıldı

Amnistiya aktı bu gün 350 məhbusa şamil edilib. Bu barədə Trend-ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Onlardan 216-sı Bakı şəhəri, 134-ü isə...

1200 Sosial 15:03 15 iyun 2016

Son xəbərlər