İlhamə Quliyeva: “Hacının arvadları ilə dost idim…”
Xalq artisti İlhamə Quliyeva həmkarı Aygün Kazımovanın onun ailəsi ilə bağlı səsləndirdiyi ittihamlara cavab verib.
BAKU.WS xəbər verir ki, azvision.az-a açıqlama verən İ.Quliyeva hazırda həbsdə olan Daxili İşlər Nazirlyinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovla münasibətlərinə aydınlıq gətirib. "Hacı Məmmədov bütün sənət adamlarını qəbul edib, onlara süfrələr açırdı. Onun "qara işləri”ndən bizim xəbərimiz yox idi.
Anam "Qarabulaq”da dincəlməyi sevdiyinə görə onu ora aparırdım. Hacı Məmmədov şəklimi "Qarabulaq”ın girişində qoyub, məni reklam edirdi. Hacı Məmmədovla o qədər şəkillərim var ki? Müxalifət qəzetlərindən biri onunla şəklimi dərc eləmişdi. Baş redaktora zəng edib dedim ki, "Ay qardaş, o yaxşı şəkil deyil, məndə Hacının cürbəcür şəkilləri var, istəyirsinizsə, sizə göndərim"".
İ.Quliyeva soyadını dəyişib "Qarabulaqlı” qoyması məsələsinə də münasibət bildirib: "Aygün deyir ki, İlhamə "Qarabulaqlı” soyadını daşıyıb. O, yalan deyir. Mən heç vaxt "Quliyeva” soyadını dəyişməmişəm. Cəmi bircə dəfə ailə həyatı quranda Mirmövsümova soyadını götürmüşəm.
Hacı sənətimin vurğunu olub. Mənim onunla başqa nə işim olacaq ki? Onun iki həyat yoldaşı var idi, hər ikisi ilə də dostluq edirdim. Biz hardan bilərdik ki, o belə işlərlə məşğul olur. Ona görə də Aygünün dedikləri vecimə deyil. Sizə bir faktı da deyim ki, H. Məmmədova cinayət işi açılanda məndən başqa bütün müğənniləri MTN-ə çağırıb dindirirdilər. Ancaq məni çağırmadılar. Çünki mən "Qurabulağ”a anamla gedirdim, tək getmirdim”.
Xalq artisti oğlunun narkoman olması haqda deyilənləri də yalanlayıb: "Oğlum Orxanın həbs olunması və narkotikdən istifadə etməsinə gəlincə, o, 10 gün bundan əvvəl Ukraynaya gedirdi. Biletində bir problem olub. Belə ki, biletini səhvən başqa tarixə yazmışdılar. Ona görə də hava limanından qayıtdı. Həmçinin onu da deyim ki, oğlum narkoman deyil. O elə psixotrop maddələr istifadə etsə, mənim ürəyim partlayar, yatıb yuxudan oyana bilmərəm.
Aygün deyir ki, İlhamə anasını döyüb. Adam anasını döyər? Onu heç vaxt bağışlamayacağam, məhkəməyə vermişəm. Aygün Kazımova öz anasının qeydinə qalsın”.
BAKU.WS
Oxşar xəbərlər
Aygünlə İlhamə arasında qalmaqal böyüdü - Anasını hər gün döyürdü
Xalq artistləri İlhamə Quliyeva ilə Aygün Kazımova arasında qalmaqal daha da şiddətlənib. BAKU.WS məlumat verir ki, xalq artisti İlhamə Quliyeva Aygün Kazımova...