Hacı Məmmədovun həyat yoldaşı kimi təqdim olunan məhkumun kimliyi məlum olub

Amnistiyaya düşərək ötən gün həbsdən azad edilənlər arasında Hacı Məmmədovun həyat yoldaşı Nailə Quliyevanın da olması barədə məlumatlar yayılıb.
BAKU.WS APA-ya istinadən bildirir ki, amnistiyaya düşən şəxslərin arasında N. Quliyevanın olduğu barədə xəbərlərin heç bir əsası yoxdur. N. Quliyeva kimi təqdim olunan şəxs isə Təranə Əliyevadır.
Ötən gün APA-nın əməkdaşı da amnistiya aktının icrasını izləyiblər. Qadın məhkumların saxlandığı 4 saylı Cəzaçəkmə Müəssisəsində Amnistiya Aktının şamil olunduğu məhkumlardan üçü azadlığa buraxılıb. Azadlığa buraxılanlar İradə Bayramova, Humay Əsədova və Təranə Əliyevadır.
T. Əliyeva Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə (soyğunçuluq) cinayət törətməkdə təqsirli bilinərək 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Cəzasının çəkilməmiş 6 ayından azad edilib.

Oxşar xəbərlər
Hacı Məmmədovun həyat yoldaşının azadlığa çıxması xəbəri yalan çıxdı
Hacı Məmmədovun həyat yoldaşı Nailə Quliyevanın azadlığa buraxılması barədə məlumatlar həqiqəti əks etdirmir. BAKU.WS report-a istinadən bildirir ki, N.Quliyev...