Azərbaycanda dövlət strukturlarının kibermüdafiəsi gücləndirildi

10
apr
2018
21:52
Prezident seçkiləri ilə əlaqədar Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi nəzdində Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (CERT) dövlət qurumlarının məlumat sistemlərinin mümkün kiberhücumlardan müdafiəsinin təmin olunması məqsədilə gücləndirilmiş iş rejiminə keçib.BAKU.WS-in məlumatına görə, Bu barədə Trend-ə CERT-dən məlumat verilib.Qeyd olunur ki, saytların və şəbəkələrin işi üzərində nəzarət gücləndirilib, kiberhücumlarla bağlı müvafiq tədbirlər görülüb. CERT-in əsas vəzifəsi dövlət strukturlarının resurslarının informasiya təhlükəsizliyinin təmin olunmasıdır.Mümkün kiberhücumların dəf olunmasına hazırlıq yüksək səviyyədə təşkil olunub və 24 saat ərzində nəzarət altındadır.BAKU.WS
Oxşar xəbərlər
Bakıda rəsmi qurum güclü küləklə bağlı gücləndirilmiş iş rejiminə keçdi
Hava şəritinin kəskin dəyişilməsini nəzərə alaraq bu gün və sabah istehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması, habelə baş ver...
