AZƏRTAC vakansiya elan edib
AZƏRTAC Azərbaycan dili üzrə redaktor vəzifələsinə vakansiya elan edib.
Vakansiya üzrə aşağıdakı tələblərə uyğun olan namizədlər müraciət edə bilərlər.
- Azərbaycan dilində xəbərlərin redaktəsi;
- İnformasiyaların buraxılışa hazırlanması;
- Vacib xəbərlərin operativ dərc edilməsinin təşkili;
- Müxbir yazılarının vaxtında buraxılışa verilməsinin təmin edilməsi;
- Aktual mövzuların diqqətdə saxlanılması;
- Mətbuatın monitorinqi;
- Tam iş günü;
Namizədə tələblər
- Ali təhsilli olmalı;
- Azərbaycan dilini mükəmməl bilməli;
- Redaktor kimi mətbuatda azı 5 il iş təcrübəsi olmalı;
- Xəbər mətnlərinin üslubunu bilməli;
- Xəbərləri operativ oxuyub buraxılışa verməyi bacarmalı;
- Təşəbbüskar olmalı;
Namizədlərdən özləri haqqında məlumatı 2024-cü il fevralın 10-dək vakansiya@azertac.az ünvanına göndərmək və məktubun “mövzu” bölməsində vakansiyanın adını yazmaq xahiş olunur.
Yalnız qeyd edilən şərtlərə uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.
Oxşar xəbərlər
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİR + FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...