Azərbaycanlı sürücü Ukraynada məşhur futbolçunun həyat yoldaşını öldürdü
16
iyn
2019
23:00
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Dünən yerli vaxtla saat 20.05-də Ukraynanın Lvov şəhərində 44 yaşlı Azərbaycan vətəndaşı qəza törədib.BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Lvov Vilayət Dövlət Administrasiyası məlumat yayıb.Qorskoy, 5 ünvanında azərbaycanlı sürücü "Mersedes-Benz" markalı avtomobillə piyadanı vurub. Qəza nəticəsində ağır travma alan 77 yaşlı qadın hadisə yerinə ölüb.Hüquq-mühafizə orqanlarından "Ukraїnskі Novini" nəşrinə verilən məlumata görə, ölən qadın Lvovun "Karpat" komandasının əfsanəvi futbolçusu Boris Rassıxinin həyat yoldaşı, "Olimp-L" uşaq-gənclər idman məktəbinin direktoru, gimnastika üzrə beynəlxalq hakim Lyubov Rassıxinadır.
Oxşar xəbərlər
Azərbaycanda qadın sürücü qəza törədib, ölənlər və xəsarət alanlar var
Oğuzda qadın sürücü avtomobili ağaca çırpıb, 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb.BAKU.WS "Report"a istinadla xəbər verir ki, hadisə gecə saatlarında İsmayıllı-Qa...