Azərbaycanlı deputatlar Kiyevdə - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Milli Məclisin bir qrup deputatı Ukraynanın Kiyev şəhərinə səfər ediblər.
BAKU.WS xəbər verir ki, bu barədə Ukrayna-Azərbaycan dostluq qrupunun həmsədri Volodimir Kreydenko özünün feysbuk səhifəsində paylaşım edib.
O, qeyd edib ki, səfər onun təşəbbüsü və Ukrayna Ali Radasının sədri Ruslan Stefançukun dəvəti ilə baş tutub:
"Azərbaycanlı deputatlar Buçada olublar. Həmrəylik səfərinə görə Ukraynanın azərbaycanlı dostlarına və görüşə görə Buça şəhərinin meri Anatoli Fedoruka təşəkkür edirik".
Qeyd edək ki, Ukrayna tərəfinin dəvəti ilə gerçəkləşdirilən səfər çərçivəsində deputatlarımızın Ukrayna Ali Radasının spikeri, Azərbaycanla parlament dostluq qrupunun üzvləri, Ukraynadakı Azərbaycan diasporu və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.
Səfər aprelin 21-də başa çatacaq.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda jurnalistlərin fəaliyyətini tənzimləyəcək yeni qanun layihəsi - TAM MƏTN
Azərbaycanda "Media haqqında" yeni qanun layihəsi hazırlanıb. Sənəd media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi infor...