Azərbaycanla Ukrayna arasında Anlaşma Memorandumu imzalanıb
Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Leypsiq şəhərində Ukraynanın Baş nazirinin müavini, icma və ərazilərin inkişafı naziri Oleksi Kuleba ilə görüşüb.
BAKU.WS xəbər verir ki, o bu barədə "X" sosial şəbəkə hesabında yazıb.
"Görüşdə Azərbaycan və Ukrayna arasında nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi, xüsusilə beynəlxalq avtomobil daşımalarında tranzit imkanlarının artırılması və rəqəmsal həllərin tətbiqi məsələlərini müzakirə etdik", - R. Nəbiyev bildirib və əlavə edib ki, beynəlxalq avtomobil daşımalarında elektron icazə sisteminin (e-Permit) tətbiqinə dair Anlaşma Memorandumu imzalanıb:
"Bu təşəbbüs sərhəd keçidlərinin sadələşdirilməsinə, daşımaların rəqəmsallaşdırılmasına və daşıyıcılar üçün daha çevik və effektiv əməliyyat mühitinin yaradılmasına şərait yaradacaq".
Leypsiq şəhərində Ukraynanın Baş nazirinin müavini, icma və ərazilərin inkişafı naziri Oleksi Kuleba ilə görüş keçirdik.
— Rashad Nabiyev (@RashadNNabiyev) May 7, 2026
Görüşdə Azərbaycan və Ukrayna arasında nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi, xüsusilə beynəlxalq avtomobil daşımalarında tranzit imkanlarının… pic.twitter.com/iFsOe5wuBC
Oxşar xəbərlər
AAYDA: Şəhərlərin rəqabət qabiliyyəti tikinti həcmləri ilə ölçülmür
Bu gün şəhərlərin rəqabət qabiliyyəti artıq yalnız iqtisadi göstəricilər və yaxud tikinti həcmləri ilə ölçülmür. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu...