Azərbaycanla sərhəddə təxribat törədən daha bir erməni hərbçisi yaralanıb - YENİLƏNİB
Ermənistan silahlı qüvvələrinin şərti dövlət sərhədində törətdiyi növbəti təxribat zamanı Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri nəticəsində daha bir erməni hərbçi yaralanıb.
BAKU.WS Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Yaralı hərbçi hospitala yerləşdirilib. Onun durumu orta-ağır qiymətləndirilir.
***09:56
Azərbaycanla sərhəddə təxribat törədən Ermənistan hərbçisi yaralanıb.
BAKU.WS Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yaralı hərbçi hospitala yerləşdirilib.
Qeyd edək ki, iyulun 12-si saat 05:45-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Zabux yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinə atıcı silahlardan atəş açıblar.
Oxşar xəbərlər
Ermənistanın 2 hərbçisi yaralanıb
Ermənistan-Azərbaycan şərti sərhədində baş verən silahlı toqquşma nəticəsində 2 erməni hərbçi yaralanıb. BAKU.WS xəbər verir ki, bu barədə "Sputnik Armeniya" mə...