Ermənistanın 2 hərbçisi yaralanıb

Ermənistan-Azərbaycan şərti sərhədində baş verən silahlı toqquşma nəticəsində 2 erməni hərbçi yaralanıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Sputnik Armeniya" məlumat yayıb.
Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, onlardan birinin vəziyyəti ağırdır.
Xatırladaq ki, mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib.
Mayın 11-də Azərbaycanla sərhədyanı ərazidə baş verən silahlı toqquşma nəticəsində Ermənistan silahlı qüvvələrinin 4 hərbçisi yaralanıb.
Oxşar xəbərlər
Erməni hərbçilərin vəziyyəti açıqlanıb - 3-nün durumu kritikdir
Ermənistan tərəfinin təxribatı nəticəsində Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri zamanı yaralanan erməni hərbçilərin vəziyyəti açıq...
