Azərbaycanla Ermənistan hərbi əsirləri dəyişdirib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanla Ermənistan arasında hərbi əsirlərin növbəti mübadiləsi baş tutub.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Rusiya sülhməramlılarının komandanı, general-leytenant Rüstəm Muradov bildirib.
O, qeyd edib ki, Bakıya bir, Yerevana isə beş əsir çatdırılıb.
"Bu gün əsirlərin növbəti mübadiləsi həyata keçirilib. Mənim şəxsi nəzarətim altında Rusiya sülhməramlıları tərəfindən aparılan iş nəticəsində Rusiyanın Kosmik Hava Qüvvələrinin təyyarəsi ilə Bakıya bir əsir çatdırılıb və beş əsir Yerevana qaytarılıb", - Muradov jurnalistlərə deyib.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...