Azərbaycanla D-8 arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Əməkdaşlıq Təşkilatının (D-8) direktoru, səfir Mustafa Özcan Azərbaycan Prezidentinin köməkçisi − Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.
BAKU.WS xəbər verir ki, bu barədə təşkilatın "X" səhifəsində qeyd edilib.
Qeyd olunub ki, görüşdə Azərbaycanla D-8 təşkilatı arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.
Səfir Özcan həmçinin Azərbaycan Media İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov ilə media və kommunikasiya sahələrində potensial əməkdaşlıq imkanlarını müzakirə etmək üçün görüş keçirib.
D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı səkkiz müsəlman ölkəni birləşdirir. Təşkilatın təməli Türkiyənin təşəbbüsü ilə 1996-cı il oktyabrın 22-də İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransında atılıb. 1997-ci il iyunun 15-də İstanbulda 8 ölkənin dövlət və hökumət başçılarının sammitində təşkilat rəsmən elan olunub. Təşkilatın Katibliyi İstanbul şəhərində yerləşir.
On the sidelines of the 3rd Shusha Global Media Forum, Ambassador Mustafa Özcan, Director of D-8 Organization, met with Mr. @HikmetHajiyev, Assistant to the President of the Republic of Azerbaijan, Head of Foreign Policy Affairs Department, on 20 July 2025.
— Developing-8 (D-8) (@D8org) July 20, 2025
The meeting focused… pic.twitter.com/PU7J9F42KL
Oxşar xəbərlər
Azərbaycanda Milli Qurtuluş Günüdür
Bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur. BAKU.WS xatırladır ki, 32 il əvvəl - Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında...