Azərbaycanla Çex arasında nəqliyyat və şəhər mobilliyi üzrə Anlaşma Memorandumu imzalanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Almaniyada Çex Respublikasının nəqliyyat naziri İvan Bednarik ilə görüşüb.
BAKU.WS xəbər verir ki, bu barədə Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Qeyd olunub ki, görüşdə ölkələr arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.
"Sonda nəqliyyat və şəhər mobilliyi üzrə Anlaşma Memorandumu imzaladıq. İnanırıq ki, bu sənəd dayanıqlı nəqliyyatın inkişafına, rəqəmsallaşmaya və Orta Dəhliz üzrə əməkdaşlığın güclənməsinə töhfə verəcək", - nazir qeyd edib.
Almaniyada Çex Respublikasının nəqliyyat naziri İvan Bednarik ilə görüş keçirdik.
— Rashad Nabiyev (@RashadNNabiyev) May 6, 2026
Görüşdə ölkələrimiz arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişafı məsələlərini müzakirə etdik.
Sonda nəqliyyat və şəhər mobilliyi üzrə Anlaşma Memorandumu imzaladıq.
İnanırıq ki, bu sənəd… pic.twitter.com/TJwA7Y3vJR
Oxşar xəbərlər
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verib
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülerə başsağlığı verib. BAKU...