Azərbaycanla Belarus arasında iki Saziş təsdiqlənib
2024-cü il mayın 16-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol" təsdiq edilib.
BAKU.WS xəbər verir ki, Prezident İlham Əliyev bu barədə sənədi imzalayıb.
Eyni zamanda, Prezident 2024-cü il mayın 16-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol"u da təsdiq edib.
Oxşar xəbərlər
Rumıniya nəşri Prezident İlham Əliyevin Avropa Parlamenti barədə fikirlərini dərc edib
Rumıniyanın "Epoch Times Romania" nəşri Prezident İlham Əliyevin Avropa Parlamenti ilə bağlı səsləndirdiyi fikirlərə dair məqalə dərc edib. BAKU.WS AZƏRTAC-a is...