Azərbaycanın zəfəri təkcə Ermənistanın deyil, onların arxasında dayananların da məğlubiyyətidir - RƏY
44 günlük Vətən müharibəsi və antiterror əməliyyatındakı Azərbaycanın zəfəri təkcə Ermənistanın deyil, onların arxasında duranların da acı və alçaldıcı məğlubiyyətidir.
BAKU.WS xəbər verir ki, bunu report-a açıqlamasında politoloq, professor Əlimusa İbrahimov deyib.
O qeyd edib ki, əgər kimsə yenidən Azərbaycanın gücünü sınamaq istəyirsə, biabır olacaq:
"Azərbaycan layiq olduğu uğuru qazanıb. İlham Əliyevin Zəfər günü münasibəti ilə olan çıxışında Azərbaycan xalqı üçün çox maraqlı müraciətlər səsləndirdi. O, çıxışında növbəti ildönümünü keçirdiyimiz zəfərin heç də asan başa gəlmədiyi və millət, xalq, dövlət rəhbərliyi birliyinin ən bariz nümunəsi olduğunu bir daha bəyan edib. Azərbaycan xalqı bu Zəfəri 30 il gözləyib. 30 illik həsrətin sonu məhz Azərbaycan şanlı ordusunun fədakarlığı sayəsində baş verdi. Bizim xalq buna layiq idi və layiq olduğu uğuru qazanıb".
Politoloq Ermənistanın Fransa və onunla eyni düşüncədə olan ölkələrin yardımı sayəsində silahlanması siyasətini davam etdirməsinə münasibət bildirib:
"Dövlət başçısı xarici siyasətdə bizi gözləyən hadisələrə də toxunaraq Ermənistanın bu gün apardığı silahlanma siyasətinə də ciddi münasibət bildirib. Şübhəsiz ki, bu silahlanma sonda Azərbaycana qarşı yönələ bilər. Buna görə də İlham Əliyev çıxışında Ermənistan və onun havadarlarının niyyətlərini açaraq onları bu hərəkətdən geri dönməyə çağırıb. Ali Baş Komandan Ermənistanın silahlandırma siyasətindən əl çəkməli olduğunu və bizimlə rəqabət aparmaq gücündə olmayacaqlarını vurğulayıb".
Professor İlham Əliyevin xəbərdarlıqlarına digər qüvvələrdən daha çox Ermənistanın qulaq asmalı olduğunu qeyd edib:
"İlham Əliyev öz çıxışında bu gün Ermənistanın müharibə ritorikasının və aktlarının arxasında məhz xarici qüvvələrin dayandığını açıq bəyan edərək həmin qüvvələrə də xəbərdarlıq edib. Amma İrəvan bu xəbərdarlıq və 44 günlük müharibədən lazımi nəticə çıxaracaqmı? Hər halda onun gələcək addımları müəyyən fikir söyləməyə imkan verəcək. Çünki sonda yenə də əziyyət çəkənlər özü olacaq".
Ə.İbrahimov Ermənistanın bugünkü acınacaqlı halının səbəbkarının Fransa kimi hegemonluq edən dövlətlər olduğunu vurğulayıb:
"Fransa kimi hegemonluq edən dövlətlər 30 il ərzində öhdələrinə götürdüyü vəzifəni yerinə yetirməyərək Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından çıxarılmasına nail ola bilmədilər və nəticədə Ermənistan bu günkü acınacaqlı vəziyyətə düşdü. Əgər onlar öz destruktiv funksiyalarını davam etdirəcəklərsə, yenə də uduzan tərəf Ermənistan olacaq. Ermənistan üçün isə sonrakı peşmançılıq heç bir fayda verməyəcək".
Oxşar xəbərlər
BMT-nin Baş katibi: Bakıda COP29-da finiş xəttinə çatmaq üçün bizə ciddi təkan lazımdır
Bakıda keçirilən COP29-da müzakirələrin finiş xəttinə çatmaq üçün bizə ciddi təkan lazımdır. Bu barədə BMT-nin Baş katibi Antonio Quterreş özünün X səhifəsində...