Azərbaycanın yeni səfiri etimadnaməsini Qazaxıstan Prezidentinə təqdim edib
Azərbaycanın Qazaxıstandakı səfiri Əlimirzamin Əsgərov Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə etimadnaməsini təqdim edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, xəbər verir ki, diplomat etimadnaməsini dövlət başçısına Astanada, Müstəqillik Sarayında keçirilən mərasimdə təqdim edib.
Azərbaycan səfirindən başqa, Moldova, Vyetnam, Koreya Respublikası, Cənubi Afrika Respublikası, Slovakiya, Almaniya, Sloveniya və Namibiya səfirləri də etimadnamələrini təqdim ediblər.
Salamlama nitqində Tokayev Qazaxıstanın sülhsevər xarici siyasət kursuna sadiq olduğunu qeyd edib və ölkənin sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə töhfə vermək səyini vurğulayıb.
Sonda dövlət başçısı Qazaxıstanın təmsil olunan ölkələrlə münasibətlərin daha da möhkəmləndirilməsində və çoxşaxəli əməkdaşlığın inkişafında maraqlı olduğunu təsdiqləyib.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev iyulun 28-də Qazaxıstandakı səfiri dəyişib. Ondan əvvəl bu vəzifəni Ağalar Atamoğlanov tuturdu. Ə.Əsgərov isə daha əvvəl Azərbaycanın Tacikistandakı diplomatik missiyasına rəhbərlik edirdi.
Qalereya
Oxşar xəbərlər
DSX mayoruna hücum edən idmançılar yenidən hakim qarşısına çıxarılırlar
Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, Əməkdar məşqçi Fuad Zeynalov və onun tanışına hücumla bağlı cinayət məsuliyyətinə cəlb edilmiş üç kikboksçunun barəsindək...