Azərbaycanın və Türkiyənin birinci xanımları İçərişəhərdə olublar - FOTO - YENİLƏNİB

Azərbaycanın və Türkiyənin birinci xanımları İçərişəhərdə olublar  - FOTO - YENİLƏNİB
Siyasət 246

İyunun 13-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan Bakıda dünya mədəni irsi abidələrindən sayılan İçərişəhərdə olublar.

BAKU.WS xəbər verir ki, qonaqlar gəzintiyə dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Qız qalası ilə tanışlıqdan başlayıblar. Türkiyə Respublikasının birinci xanımına bu qədim abidənin tarixi barədə ətraflı məlumat verilib.

Daha sonra qonaqlar UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir-bərpa və abadlıq işləri barədə məlumatlandırılıblar.

İçərişəhərdə qədim tarixi-mədəni abidələrdən biri olan "Hacı Bani" hamamı və İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi ilə tanışlıq qonaqlarda xoş təəssürat doğurub.

Sonda qonaqlara xatirə hədiyyələri təqdim edilib.

***16:29

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan İçərişəhərdə olub.

BAKU.WS xəbər verir ki, o, bu barədə tvitterdə paylaşım edib.

O, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə birlikdə İçərişəhərə getdiyini bildirib.

Son xəbərlər