Azərbaycanın təyyarəsi Türkiyədə yanğınlarla mübarizə tədbirlərini davam etdirir - VİDEO
25
avq
2024
10:42
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasındakı güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.
Bu barədə FHN-dən bildirilib.
Ötən gün ərzində təyyarə Uşak-Eşme istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub.
Hazırda yanğınsöndürmə əməliyyatı davam etdirilir.
Oxşar xəbərlər
FHN rəsmisi: Səhər Türkiyədə meşə yanğınının söndürülməsinə dəstək verəcəyik
Səhər saatlarında Türkiyədə meşə yanğınının söndürülməsinə dəstək verəcəyik. “Report” xəbər verir ki, bunu jurnalistlərə açqlamasında FHN-in Aviasiya dəstəsinin...