Azərbaycanın səhiyyə naziri ÜST rəhbəri ilə görüşüb
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün IX Qlobal Bakı Forumu çərçivəsində səhiyyə naziri Teymur Musayevlə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus arasında görüş keçirilib.
Bu barədə BAKU.WS-ə Səhiyyə Nazirliyindən məlumat verilib.
Ölkəmizə səfərinə və Qlobal Bakı Forumunda iştirak etdiyinə görə ÜST-nin baş direktoruna təşəkkürünü bildirən T.Musayev COVID-19 pandemiyasına qarşı mübarizədə nüfuzlu səhiyyə təşkilatının Azərbaycanla uğurlu əməkdaşlığını, eyni zamanda, qurumun verdiyi tövsiyələrin vacibliyini vurğulayıb.
Azərbaycana səfərindən məmnunluğunu bildirən Tedros Adhanom Qebreyesus COVID-19-a qarşı uğurlu mübarizənin aparılmasına, ölkəmizin bu sahədə milli, regional və beynəlxalq səviyyədə həyata keçirdiyi fəaliyyəti yüksək qiymətləndirib.
O, həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Ümumdünya Səhiyyə Təşkilatının sıx əməkdaşlıq etdiyini və Anlaşma Memorandumunun imzalandığını vurğulayıb.
Sonda tərəflər digər qarşılıqlı maraq kəsb edən məsələlərə dair fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər
İlham Əliyev IX Qlobal Bakı Forumunda çıxış edib - YENİLƏNİB
Azərbaycan prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər”...