Azərbaycanın Rusiyadakı səfirliyi: Ermənistan hərbi-siyasi təxribata əl atır
Yeniliklərdən dərhal xəbərdar olun
“Bu il noyabrın 16-da Ermənistan hərbi-siyasi təxribata əl ataraq Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın və Kəlbəcər rayonları istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərinə genişmiqyaslı hücuma cəhd edib. Azərbaycan tərəfi Ermənistan Silahlı Qüvvələrinin ağır hərbi və artilleriya texnikasından istifadə etməklə hücumun qarşısını almaq üçün adekvat və təsirli tədbirlər həyata keçirib. Toqquşmalar nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 7 hərbçisi şəhid olub, 10 nəfər yaralanıb".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...