Azərbaycanın Rusiyadakı səfiri Ermənistanla sülh prosesini dəstəklədiyinə görə Putinə təşəkkür edib
Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Moskvanın Bakı ilə İrəvan arasındakı sülh prosesinə fəal dəstəyinə görə Prezident Vladimir Putinə təşəkkür edib.
Bu barədə diplomat etimadnaməsinin təqdimetmə mərasimində bildirib.
"Rusiya Prezidenti Vladimir Putinə təşəkkürümü bildirmək istərdim ki, sülh prosesinə belə fəal dəstək verir. Mən onu (Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyanı - red.) vəzifəyə rəsmi başlaması münasibətilə artıq təbrik etmişəm. Onunla, belə demək mümkünsə, konstruktiv münasibətləri Moskvada dəstəkləyəcəyik", - R.Mustafayev deyib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin tədbir zamanı Moskvanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanması üçün hər şeyi etdiyini söyləyib.
Oxşar xəbərlər
"COP29 - İqlim, Planet və Biz" kitabının təqdimatı keçirilib
Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində "COP29 - İqlim, Planet və Biz...