Azərbaycanın geri qaytardığı ərazilərdə yenidənqurma işlərinə İtaliya şirkətlərinin qoşulmasına dair müzakirələr aparılır
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycanın geri qaytardığı ərazilərdə yenidənqurma işlərinə İtaliya şirkətlərinin qoşulması istiqamətində müzakirələr aparılır”.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu işğaldan azad olunan Cəbrayılda Xudafərin körpüsünü ziyarət zamanı İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari deyib.
Onun sözlərinə görə, artıq bir İtaliya enerji şirkəti ötən ilin dekabrında “Azərenerji” ilə müqavilə imzalayıb: “Bu, Azərbaycanın regionlarında elektrik enerjisi stansiyalarının qurulması ilə bağlıdır”.
Səfir qeyd edib ki, Azərbaycan və İtaliya arasında strateji əməkdaşlıq mövcuddur: “Təbii ki, yenidənqurma işlərində əməkdaşlıqla bağlı danışıqlar olacaq”.
Oxşar xəbərlər
Prezident İlham Əliyev xalqa müraciət edib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. BAKU.WS müraciəti təqdim edir. Prezident İlham Əliyevin xalqa müraciəti - Əziz həmvətənl...