Azərbaycanın daimi nümayəndəsi etimadnaməsini KSQT-ın baş direktoruna təqdim edib
Azərbaycanın Niderlanddakı səfiri, ölkənin Kimyəvi Silahların Qadağan Olunması Təşkilatı (KSQT) yanında daimi nümayəndəsi Məmməd Əhmədzadə etimadnaməsini qurumun baş direktoru Fernando Ariasa təqdim edib.
BAKU.WS xəbər verir ki, bu barədə azərbaycanlı diplomat "X"dəki səhifəsində paylaşım edib.
"Mən Azərbaycanın daimi nümayəndəsi kimi etimadnaməmi KSQT-nin baş direktoru Fernando Ariasa təqdim etmək şərəfinə nail oldum. Mərasim Azərbaycan ilə KSQT arasında əməkdaşlıq sahələrinə dair fikir mübadiləsi ilə müşayiət olunub", - deyə o qeyd edib.
Xatırladaq ki, M.Əhmədzadə Azərbaycan Prezidenti İlham Əliyevin 20 dekabr 2024-cü il tarixli sərəncamı ilə Haaqada səfir təyin edilib.
Qalereya
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva "Eşqi-nur" sərgisində iştirak ediblər
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Şirvanşahlar s...