Azərbaycanın Cənubi Qafqazda sabit və qətiyyətli sülh strategiyası bütün dünyada rezonans doğurdu
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Trampın ev sahibliyi ilə Vaşinqtondakı Ağ Evdə keçirilən üçtərəfli görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında əldə olunan razılaşmalar beynəlxalq mətbuatın diqqət mərkəzinə çevrilib.
BAKU.WS-in "Haber Global"a istinadla məlumatına görə, Azərbaycanın Cənubi Qafqazda sabit və qətiyyətli sülh strategiyası dünya mediasında geniş rezonans doğurub.
Belə ki, Böyük Britaniyanın "BBC" telekanalı sammiti "tarixi" adlandıraraq Prezident İlham Əliyevin "Bu gün Qafqazda sülhü bərqərar edirik" sözlərini ön plana çıxarıb və Azərbaycanın sabit mövqeyini alqışlayıb.
İsveçrənin "Neue Zürcher Zeitung" qəzeti isə zirvə görüşünü regionda sülhə doğru atılmış mühüm addım kimi dəyərləndirib.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...