Azərbaycanın BMT-yə üzv olmasının 30 illiyi Şuşada qeyd ediləcək - YENİLƏNİB - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
BMT-nin Azərbaycandakı rezident-koordinatoru Vladanka Andreyeva və BMT-nin Azərbaycandakı agentlik rəhbərləri Füzuli hava limanı ilə tanış olublar.
BAKU.WS Report-a istinadla xəbər verir ki, onlar Füzuli hava limanına təyyarə ilə gəliblər.
Qonaqlar hava limanı ilə tanışlıqdan sonra “Zəfər Yolu” ilə Şuşaya səfər edəcəklər.
Xatırladaq ki, bu gün Şuşada Azərbaycanın BMT-yə üzv olmasının 30 illiyi qeyd olunacaq.
***10:24
Şuşada Azərbaycanın BMT-yə üzv olmasının 30 illiyi qeyd ediləcək.
BAKU.WS-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tviter səhifəsində yazıb.
“Biz BMT-nin Azərbaycanda akkreditə olunmuş nümayəndəsi ilə Şuşaya səfər etmək üçün “Xankəndi” adlı təyyarə ilə Füzuli hava limanına uçuruq. Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyi qeyd olunacaq”, - o bildirib.
We are flying to Fuzuli airport with the plane entitled Khankandi to visit Shusha with the UN family accredited in Azerbaijan. 30th anniversary of Azerbaijan's admission to @UN will be celebrated in #Shusha with #UN institutions. Flag of UN will be waved in liberated Shusha! pic.twitter.com/sDSnMwSlQX
— Hikmet Hajiyev (@HikmetHajiyev) March 18, 2022
Qalereya
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...