Azərbaycandakı xarici diplomatlar Cocuq Mərcanlıya baş çəkib

Azərbaycandakı xarici diplomatlar Cocuq Mərcanlıya baş çəkib
Siyasət 106

Azərbaycan Prezidenti İlham Əliyevin təlimatına uyğun olaraq, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Ermənistanın işğalından azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər ediblər.

BAKU.WS-in “Report”a istinadən verdiyi xəbərə görə, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev xarici diplomatlara Cocuq Mərcanlı kəndi barədə məlumat verib.

O həmçinin Cocuq Mərcanlının qayıdış rəmzi olduğunu bildirib.

Son xəbərlər