Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Əmanətlərin Sığortalanması Fondunda (ADIF) yeni təyinat olub.
BAKU.WS xəbər verir ki, qurumdan "oxu.az"a verilən məlumata əsasən, Cəlal Rayi Fondun Risklərin idarə edilməsi və investisiya departamentinin direktoru vəzifəsinə təyin edilib.
Bildirilib ki, Cəlal Rayi 2005-2009-cu illərdə Hindistanın Bangalore Universitetinin biznesin idarə olunması ixtisasını bakalavr dərəcəsi üzrə fərqlənmə diplomu ilə bitirib.
2015-2017-ci illərdə isə ADA Universitetində və Niderlandın Magistr İdarəetmə Məktəbində biznesin idarə olunması ixtisası üzrə xüsusi magistr dərəcəsini bitirib.
Əlavə olaraq, o, 2018-ci ildə dünyaca məşhur Qlobal Risk Peşəkarları Birliyi İnstitunun maliyyə riskinin idarə edilməsi ixtisası üzrə sertifikatına sahib olub.
Cəlal Rayi 2012-ci ildən bu günədək həm özəl həm də dövlət təşkilatlarında peşəkar mütəxəssis kimi çalışıb.
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...