Azərbaycanda üç ölkənin qatılacağı hərbi təlimin planlaşdırma konfransı keçirilib
Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq planına əsasən Azərbaycanda icra olunacaq "Eternity-2026" kompüter dəstəkli komanda-qərargah təliminin əsas planlaşdırma konfransı keçirilib.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu ilin noyabr ayında baş tutacaq təlimdə üç ölkənin hərbi qulluqçuları ilə yanaşı Azərbaycanın Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və Azərbaycan Dəmir Yollarının əməkdaşları da iştirak edəcəklər.
Qeyd edək ki, təlimin planı iştirakçı ölkələrin ərazisindən keçən strateji obyektlərin və kommunikasiya xətlərinin taktiki səviyyədə mühafizə və müdafiə ssenarisi üzərində qurulub.
Konfransda təlimin mövzusu, məqsədləri, birgə qərargahın tərkibi, ərazidə icra olunacaq taktiki epizodlar və digər təşkilati məsələlər müzakirə olunub.
Oxşar xəbərlər
Azərbaycan Ordusunda Müstəqilliyin Bərpası Günü qeyd olunub
Azərbaycan Ordusunda 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə silsilə tədbirlər keçirilib. Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, tə...