Azərbaycanda İsrailin döyüş təyyarələri yerləşdirilib? - Nazirlikdən AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Müdafiə Nazirliyi (MN) bəzi xarici KİV-də guya Azərbaycan ərazisində İsrailin döyüş təyyarələrinin yerləşdirilməsi barədə yayılan məlumata münasibət bildirib.
BAKU.WS-in məlumatına görə, Nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu cür məlumatların heç bir əsası yoxdur.
“Təəssüflər olsun ki, bu kimi məlumatlar vaxtaşırı məqsədyönlü surətdə informasiya məkanına sızdırılır və təxribat məqsədi güdür. Bir daha bildiririk ki, hər hansı bir xarici ölkəyə məxsus döyüş təyyarəsi və digər hərbi təyinatlı vasitələr Azərbaycan ərazisində yerləşdirilməyib. Bu baxımdan yayılan məlumat iftiradır, yalandır və heç bir əsası yoxdur”, - deyə nazirlikdən bildirilib.
Oxşar xəbərlər
Müdafiə Nazirliyindən Ağdərə istiqamətindəki əməliyyat barədə AÇIQLAMA
Ermənistan tərəfinin guya Azərbaycan Ordusu bölmələrinin cəbhənin Ağdərə istiqamətində təxribat törətmək cəhdi barədə yaydığı məlumat yalandır, əsası yoxdur və...