Azərbaycanda "Rəqəmsal həllər və xidmətlər platforması" yaradılacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda müəssisələrin rəqəmsal həllərə olan tələbatını ödəmək üçün vahid "Rəqəmsal həllər və xidmətlər platforması"nın yaradılması planlaşdırılır.
BAKU.WS xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya"da öz əksini tapıb.
Sənədə əsasən, bu platformada rəqəmsal həll təchizatçılarının qeydiyyatı stimullaşdırılacaq. Bu platformanın yaradılmasının əsas icraçısı İqtisadiyyat Naziriliyi olacaq.
Platforma vasitəsilə rəqəmsal transformasiya etmiş müəssisələrin payının 20 %-ə çatması hədəflənir.
Oxşar xəbərlər
TÜRKPA Baş katibi TDT Ağsaqqallar Şurasının sədri Binali Yıldırım ilə görüşüb
Ötən gün Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi cənab Ramil Həsən Türk Dövlətləri Təşkil...