Azərbaycanda gömrük qanunvericiliyini pozan şəxslərin adları xüsusi siyahıya əlavə ediləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Nazirlər Kabineti “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydaları”nda bir sıra dəyişikliklər edib.
BAKU.WS-in məlumatına görə, dəyişikliklərdən birinə əsasən, Azərbaycanda gömrük qanunvericiliyini pozan şəxslərin adları xüsusi siyahıya əlavə ediləcək.
Qərarda deyilir ki, gömrük sərhədini keçən fiziki şəxslər barədə gömrük qanunvericiliyinin pozulmasına dair əməliyyat məlumatı olduqda həmin məlumatlar, habelə gömrük qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə son bir il ərzində barəsində inzibati tənbeh tətbiq edilən və ibtidai istintaqı Dövlət Gömrük Komitəsi tərəfindən aparılan cinayətlərə görə məhkumluğu olan şəxslər barədə məlumatlar “Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı”na daxil edilir və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusu dəyişdirilir.
Oxşar xəbərlər
Dövlət Gömrük Komitəsinin sədri Sumqayıtda vətəndaşları qəbul edib
Bu gün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Sumqayıt şəhərində vətəndaşları qəbul edib.Bu barədə BAKU.WS-ə Komitəni...