Azərbaycanda Elektron Rəqabət İnformasiya Sistemi yaradılır

Azərbaycan Prezidenti İlham Əliyev Elektron Rəqabət İnformasiya Sisteminin yaradılması haqqında fərman imzalayıb.
BAKU.WS xəbər verir ki, fərmana əsasən, ölkədə Elektron Rəqabət İnformasiya Sistemi (ERİS) yaradılacaq.
ERİS rəqabət və istehlakçıların hüquqlarının müdafiəsi sahələrində istehlakçıların və bazar subyektlərinin müraciətlərinin qəbulunu, emalını, onlara əlavə edilməli olan sənədlərin və ya məlumatların real vaxt rejimində digər dövlət orqanlarından sorğu əsasında əldə olunmasını, həmin müraciətlərə dair qərarların və məlumatların elektron qaydada təqdim edilməsini, habelə qeyd olunan sahələrdə məlumatların istifadəçilər üçün əlçatanlığını təmin edəcək.
ERİS-in sahibi funksiyalarını İqtisadiyyat Nazirliyi, operatoru funksiyalarını İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti həyata keçirəcək və onun yaradılması və saxlanılması ilə bağlı xərclər Dövlət Xidmətinin büdcədənkənar gəlirləri hesabına həyata keçiriləcək.
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...
