Azərbaycanda dini qurumlara maliyyə yardımı göstəriləcək
Prezident İlham Əliyev Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında Sərəncam imzalayıb.
BAKU.WS President.az-a istinadən xəbər verir ki, Sərəncama əsasən, Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 3,5 milyon (üç milyon beş yüz min) manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 400,0 (dörd yüz) min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 400,0 (dörd yüz) min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 400,0 (dörd yüz) min manat, Sefarad yəhudilərinin Bakı dini icmasına 400,0 (dörd yüz) min manat, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 400,0 (dörd yüz) min manat və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına 400,0 (dörd yüz) min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fonduna 400,0 (dörd yüz) min manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
Oxşar xəbərlər
Prezident: "240 meqavat gücündə stansiya ölkəmizin ümumi inkişafına öz töhfəsini verəcək"
"Bu gün ölkəmizin həyatında əlamətdar bir gündür. "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının istismara verilməsini qeyd edirik. Bu, çox önəmli hadisədir. Ölkə...