Azərbaycanda bələdiyyə seçkiləri ilə bağlı səsvermə yekunlaşıb
29
yan
2025
19:03
Azərbaycanda bələdiyyə seçkiləri ilə bağlı səsvermə prosesi yekunlaşıb.
Seçki məntəqələri bu gün saat 8:00-da açılıb, səsvermə 19:00-da başa çatıb.
Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, saat 17:00-a olan seçici fəallığı 28,77 faiz olub.
Belə ki, həmin vaxta qədər 1 milyon 715 min 291 nəfər səs verib.
Qeyd edək ki, seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilib.
685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparıb.
Bugünkü bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.
Oxşar xəbərlər
Ərdoğan: Cənubi Qafqazda sülhlə bağlı atılan addımlar bütün dünyaya örnək olmalıdır
Türkiyə Cənubi Qafqazda sülhlə bağlı atılan addımların bütün dünyaya örnək olmasını istəyir. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti...