Azərbaycana hücum molla rejiminin əsl simasını üzə çıxardı: İranın ikiüzlülüyünün ifşası

Azərbaycana hücum molla rejiminin əsl simasını üzə çıxardı: İranın ikiüzlülüyünün ifşası
Video
Siyasət 133

Bəzən bir hadisə bütün illüziyaları dağıdır, maskaları bir anda cırıb atır.

Bu gün Naxçıvana endirilən dron zərbələri də məhz bu qəbildəndir. İran ərazisindən buraxılan pilotsuz uçuş aparatları Naxçıvan Beynəlxalq Hava Limanının terminalına və Şəkərabad kəndində məktəbin yaxınlığına düşüb. Nəticədə mülki infrastruktur zərər görüb, dörd nəfər yaralanıb.

BAKU.WS xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.

Azərbaycan Xarici İşlər Nazirliyi baş verənləri qəti şəkildə pisləyib, İranın Azərbaycandakı səfiri nazirliyə çağırılıb, etiraz notası təqdim olunub. Müdafiə Nazirliyi isə açıq xəbərdarlıq edir: bu hücum cavabsız qalmayacaq.

Amma məsələnin başqa, daha ciddi tərəfi var. Azərbaycan uzun illərdir İranla münasibətlərdə maksimum ehtiyatlı və sivil xətt yürüdür. Rəsmi Bakı dəfələrlə bildirib ki, Azərbaycan ərazisi heç vaxt başqa dövlətlərə qarşı istifadə edilməyəcək. Bu mövqeni Prezident İlham Əliyev dəfələrlə bəyan edib. Hətta regionda gərginlik ən yüksək həddə çatanda belə Bakı qonşuluq siyasətindən geri çəkilməyib.

İranın ali liderinin ölümü ilə bağlı dünyada çox az lider başsağlığı verib. Onlardan biri Azərbaycan Prezidenti olub. İlham Əliyev şəxsən İranın Azərbaycandakı səfirliyinə gedərək başsağlığı kitabına qeydlərini yazıb.

Azərbaycan sərhədlərini açıb, İran və digər ölkə vətəndaşlarının keçidinə şərait yaradıb. İranın ölkəmizdəki səfiri Bakıda sərbəst şəkildə mətbuat konfransı keçirib mövqeyini ifadə edib. Yəni Bakı açıq mesaj verib: Azərbaycan qonşuluq siyasətinə sadiqdir. Amma görünür ki, Tehran bu siyasəti nə anlayır, nə də qiymətləndirir.

Son xəbərlər