Azərbaycan XİN Qarabağdakı qondarma seçkiləri pisləyən ölkələrə və təşkilatlara təşəkkür edib - FOTO

Azərbaycanın Xarici İşlər Nazirliyi Qarabağdakı qondarma seçkiləri pisləyən ölkələrə və təşkilatlara təşəkkür edib.
Bununla bağlı Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Türkiyə XİN, Moldova XİN, Ukrayna XİN, Pakistan XİN, İslam Konfransı Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Avropa Xarici Fəaliyyət Xidməti, Böyük Britaniyanın Azərbaycandakı səfiri, Qarabağ bölgəsində keçirilən qanunsuz “seçkiləri” pisləməklə bağlı mövqeyinizi yüksək qiymətləndiririk", - Ayxan Hacızadə sosial şəbəkə hesabında qeyd edib.
We appreciate your stance of condemnation of illegal “elections” in Garabagh region #Azerbaijan:@MFATurkiye @MoldovaMFA @MFA_Ukraine @ForeignOfficePk @Turkic_States @eu_eeas @OIC_OCI @FergusAuldFCDO
— Aykhan Hajizada (@Aykhanh) September 10, 2023
We hope others will stand too for protection of norms and principles of IL. pic.twitter.com/KAoC8jZjjU
Oxşar xəbərlər
Moldova XİN Qarabağda keçirilən qondarma prezident seçkisi ilə bağlı bəyanat verdi - FOTO
Moldova Xarici İşlər Nazirliyi Azərbaycanın Qarabağ bölgəsində keçirilən qondarma prezident seçkisi ilə bağlı bəyanat verib. Bəyanat nazirliyin rəsmi səhifəsind...
