Rəsmi Bakı: "ABŞ və İran arasında əldə olunmuş razılaşmanı alqışlayırıq"
15
iyn
2026
11:50
Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ ilə İran arasında Anlaşma Memorandumu üzrə əldə olunmuş razılaşmanı alqışladığını bildirib.
BAKU.WS xəbər verir ki, bu barədə nazirlik bəyanat yayıb.
"Pakistanın danışıqlar prosesində mühüm vasitəçilik rolunu, eləcə də digər regional tərəfdaşların verdiyi töhfələri yüksək qiymətləndiririk. Ümid edirik ki, bu mühüm nailiyyət üzərində qurulacaq gələcək danışıqlar davamlı sülhün və sabitliyin təmin olunmasına töhfə verəcəkdir", - deyə məlumatda qeyd edilib.
Oxşar xəbərlər
Prezidentin sosial media hesablarında Özbəkistana dövlət səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Özbəkistana dövlət səfəri ilə bağlı videoçarx paylaşılıb. BAKU.WS paylaşımı təqdim edir: