Azərbaycan xilasediciləri dağıntılar altından 36 saatdan sonra yaşlı kişini sağ çıxarıb

Azərbaycan xilasediciləri dağıntılar altından 36 saatdan sonra yaşlı kişini sağ çıxarıb
Siyasət 64

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.

BAKU.WS report-a istinadən xəbər verir ki, Azərbaycanın xilasediciləri 36 saatdan sonra 8 mərtəbəli binanın dağıntıları altından bir yaşlı kişini sağ çıxarıb.

Daha sonra aidiyyəti üzrə təhvil verilib.

Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Son xəbərlər