Azərbaycan və Türkiyə Prezidentləri Avropaya qaz tədarükünü müzakirə ediblər
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə Avropaya qaz tədarükü ətrafında fikir mübadiləsi aparıb.
BAKU.WS “report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli ATV telekanalına müsahibəsində deyib.
“Bizim Azərbaycan qazı ilə bağlı Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz xətləri də var. Bu məsələ ilə bağlı Azərbaycana son səfərimdə Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirə etdim. Biz oralardan da alacağıq. Bunu TANAP-la alıb gücləndirəcəyik. Bundan başqa, depolama təsisatlarımız quracağıq”, - dövlət başçısı bildirib.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...