Azərbaycan və Rusiya Prezidentləri müttəfiqlik fəaliyyəti haqqında bəyannaməyə imza atacaq

Azərbaycan və Rusiya Prezidentləri müttəfiqlik fəaliyyəti haqqında bəyannaməyə imza atacaq
Siyasət 169

Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin sabah (fevralın 22-də) Moskvada Qarabağla bağlı razılaşmaların icrasını müzakirə edəcəklər.

BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, bu barədə rəsmi Kreml məlumat yayıb.

Məlumatda qeyd olunur ki, İlham Əliyev və Vladimir Putin qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında bəyannaməyə də imza atacaqlar.

Tərəflər həmçinin siyasi, ticari-iqtisadi və humanitar sahələrdə ikitərəfli münasibətlərin gələcək inkişafını müzakirə edəcək.

Son xəbərlər