Azərbaycan və Qazaxıstan XİN başçıları görüşüb
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Qazaxıstan Respublikasının baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu ilə görüşüb.
XİN-dən BAKU.WS-ə verilən məlumata görə, Azərbaycan və Qazaxıstan arasında mövcud ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlıq gündəliyindən məmnunluqla bəhs edən nazirlər, iki ölkə arasında dostluq, qardaşlıq, həmrəyliyə əsaslanan münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.
Görüş zamanı, həmçinin Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektləri, nəqliyyat və enerji sahəsində əməkdaşlıq, o cümlədən regionda cari vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
Dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mər...