Azərbaycan və Pakistan XİN başçıları regionda gərginliyin azaldılmasının vacibliyini vurğulayıblar
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanına işgüzar səfəri çərçivəsində Pakistan Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Darla görüşüb.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Qeyd olunub ki, nazirlər regional təhlükəsizlik vəziyyəti və son geosiyasi inkişaflar barədə fikir mübadiləsi aparıblar, Yaxın Şərqdə gərginliyin azaldılmasının, sabitliyin təmin olunmasının vacibliyini vurğulayıblar.
Tərəflər qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.
Qalereya
Oxşar xəbərlər
Qazaxıstan mediası Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışından yazır
Qazaxıstanın bir sıra media orqanları Azərbaycan Prezidenti İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunun açılışındakı çıxışını işıqlandırıb. BAKU.WS AZƏRTAC-a...