Azərbaycan və Pakistan iqtisadi əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər
İqtisadiyyat naziri Mikayıl Cabbarov və Pakistanın Baş nazirin müavini – xarici işlər naziri Mühəmməd İshaq Dar telefon danışığı zamanı iqtisadi əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər.
BAKU.WS xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi "X"də açıqlama yayıb.
"Tərəflər Pakistan və Azərbaycan arasında iqtisadi əməkdaşlıq, ticarət və investisiya əlaqələrinin gücləndirilməsini müzakirə edib və sıx təmasları davam etdirmək barədə razılığa gəliblər", – məlumatda qeyd olunub.
DPM/FM Senator Mohammad Ishaq Dar @MIshaqDar50 spoke on the telephone this evening with Azerbaijan’s Economy Minister Mikayil Jabbarov @MikayilJabbarov.
— Ministry of Foreign Affairs - Pakistan (@ForeignOfficePk) January 28, 2026
They discussed strengthening economic cooperation, trade and investment ties between Pakistan and Azerbaijan, and agreed to… pic.twitter.com/qLR3a1alA0
Oxşar xəbərlər
Azərbaycan və İordaniya hüquq-mühafizə orqanları arasında əməkdaşlığın inkişafını müzakirə ediblər
İordaniyanın daxili işlər naziri Mazen Əl-Farrayya Azərbaycan səfiri Şahin Abdullayevi qəbul edib. BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycanın İordaniyadakı...