Azərbaycan və Gürcüstan baş nazirləri görüşüb
Yeniliklərdən dərhal xəbərdar olun
Türkmənbaşı şəhərində işgüzar səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov avqustun 5-də Gürcüstanın Baş nazirİ İrakli Kobaxidze ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən BAKU.WS-ə verilən xəbərə görə, Əli Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Gürcüstanın Baş nazirinə çatdırıb.
İrakli Kobaxidze Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib.
Görüşdə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyəsindən məmnunluq ifadə olunub, qarşılıqlı faydalı əməkdaşlığın ticarət-iqtisadi, investisiya, nəqliyyat-tranzit, energetika, humanitar və digər istiqamətlərdə genişləndirilməsi ilə bağlı məsələlər nəzərdən keçirilib.
Oxşar xəbərlər
İlham Əliyevin xarici siyasət strategiyası, Azərbaycanın artan beynəlxalq çəkisi və Vaşinqtondan gələn dəvətin arxasında dayanan geosiyasi reallıqlar
Beynəlxalq siyasətdə bəzən bir dəvət diplomatik protokoldan daha böyük məna daşıyır. Çünki qlobal güc mərkəzlərinin kimlərlə eyni masa arxasında əyləşmək istəmə...