Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
Foto Video
Siyasət 36

Azərbaycanın Müdafiə Nazirliyinin rəhbər heyəti Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) işgüzar səfərdədir.

BAKU.WS xəbər verir ki, səfər çərçivəsində müdafiə naziri Zakir Həsənov ilə BƏƏ-nin müdafiə işləri üzrə dövlət naziri Əlahəzrət Məhəmməd Bin Mübarək Əl-Fadhel Əl-Məzrui arasında ikitərəfli görüş keçirilib.

Görüşdə Azərbaycan-BƏƏ arasında hərbi sahədə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

Tərəflər, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində maraq doğuran məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.

Həmçinin, müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev BƏƏ-nin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi İsa Səif bin Ablan əl-Məzrui ilə görüşüb.

Baş Qərargah rəisləri, hər iki ölkənin hərbi qulluqçularının iştirakı ilə keçirilən "Sülh Qalxanı – 2026" birgə təliminin təcrübə mübadiləsinin artırılması baxımından vacibliyini qeyd edib, eləcə də bir sıra digər məsələlər ətrafında danışıblar.

Daha sonra, Müdafiə Nazirliyinin rəhbər heyəti "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak edib.

Qeyd edək ki, fevralın 3-də Prezident İlham Əliyev və BƏƏ-nin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan iki ölkənin Silahlı qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə Əbu-Dabidə keçirilən birgə əməliyyat-taktiki təlimini izləyiblər.

Son xəbərlər