Azərbaycan Türkiyəyə ilk yardım edən ölkə olub

Azərbaycan Türkiyəyə ilk yardım edən ölkə olub
Siyasət 645

Türkiyədə baş verən şiddətli zəlzələdən sonra Azərbaycan, ABŞ, İsrail, Ukrayna, Yunanıstan, Finlandiya, Pakistan, Rusiya və Almaniya kimi ölkələr bir-birinin ardınca Ankaraya dəstək bəyanatları veriblər.

BAKU.WS "Milliyet"ə istinadən xəbər verir ki, yardım göndərən ilk ölkə Azərbaycan olub və Avropa İttifaqının xilasetmə qrupları da yola düşüb.

Ağ Ev də bu gün səhər bəyanatla çıxış edib. Beynəlxalq İnkişaf Agentliyinə (USAID) Türkiyə və Suriyanın ən çox zərər çəkmiş bölgələrinə yardım göndərilməsi barədə təlimat verilib.

Avropa Birliyi də Türkiyəyə kömək etmək üçün xilasetmə qrupu göndərib. Avropa İttifaqı Komissiyasının Böhranların İdarə Edilməsi üzrə komissarı Janez Lenarcic bildirib ki, zəlzələdən sonra müdafiə mexanizmi işə düşüb və Hollandiya ilə Rumıniyadan qruplar yola salınıb.

Son xəbərlər