Azərbaycan, Türkiyə və Ermənistan XİN başçıları Antalyada görüşə bilər
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Antalya Diplomatiya Forumu çərçivəsində görüşü baş tuta bilər.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev APA-nın “Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü baş tuta bilərmi?” sualına cavabında deyib.
Prezidentin köməkçisi deyib ki, Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycan, Türkiyə və Ermənistan XİN başçıları görüşünün keçirilməsi fikri var.
“Belə bir fikir var, biz bunu dəstəkləyirik. Ermənistan da buna hazır olsa, Azərbaycan belə bir görüşə istənilən formatda, istənilən çərçivədə hər zaman hazırdır”, - Hikmət Hacıyev vurğulayıb.
Oxşar xəbərlər
İlham Əliyev Rusiyanın aparıcı KİV rəhbərləri ilə görüşüb - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölk...