Azərbaycan Türkiyə ilə enerji layihələrini müzakirə edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan və Türkiyə arasında enerji layihələri müzakirə olunub
BAKU.WS xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Məlumata görə, nazir İstanbul Təbii Sərvətlər Zirvəsi çərçivəsində Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar ilə görüşüb.
Görüşdə Bakı-Tbilisi-Ceyhan və Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihələri ilə formalaşan strateji enerji tərəfdaşlığının qlobal enerji təhlükəsizliyinə töhfələrinin elektrik enerjisi sahəsində də genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
İki nazir arasında elektrik enerjisinin Azərbaycandan Naxçıvan və Gürcüstan üzərindən, həmçinin Zəngəzur dəhlizi vasitəsilə Mərkəzi Asiyadan Türkiyə və Avropaya ötürülməsini nəzərdə tutan layihələrin icra vəziyyətini nəzərdən keçirilib.
Oxşar xəbərlər
Hesablama Palatası 2027-ci ilin dövlət büdcəsinin layihəsinə rəy verib
Hesablama Palatası "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə rəy verib. BAKU.WS bu barədə Palataya istinadən xəbər verir. Məlumata görə, qurumun səd...